Dağıstanda polis idarəsinin rəisi silahlılarla atışmada həlak olub-FOTO

Dağıstanın “Daqestanski Oqni” şəhərinin polis idarəsinin rəisi Mavludin Xıdırnəbiyev terrorçularla atışmada həlak olub.

Azpost.info bildirir ki, o, Dərbənddə terrorçularla bu günkü atışma zamanı ağır yaralanıb.

Həkimlər onun həyatı üçün sona qədər mübarizə aparsalar da, o, xəstəxanada dünyasını dəyişib.

Polkovnik-leytenant Mavludin Xıdırnəbiyev bir il əvvəl – 2023-cü il mayın 25-də vəzifəsinin icrasına başlayıb. Əvvəllər o, Rusiya Daxili İşlər Nazirliyinin Rutulski rayonu üzrə idarəsinin rəisi vəzifəsində işləyib.

Əvvəlki məqalə

Ekvador polisi İspaniyaya göndərilən 2 ton kokaini müsadirə edib

Sonrakı məqalə

REAL Partiyası deputatlığa namizədlərin adlarını açıqladı –