Dağıstanda terror aktı nəticəsində həlak olan polislərin sayı 16-ya çatıb

Dağıstanda terror aktı nəticəsində həlak olan polislərin sayı 16-ya çatıb – Çavuş Nəriman Nəsrullayev xəstəxanada dünyasını dəyişib. 

Azpost.info xəbər verir ki, o, Dərbənddə silahlıların hücumunu dəf etmiş və üç yerdən ağır yara almışdı.

Dərbənd rayon icra başçısı Mavsum Rəhimovun sözlərinə görə, polisin 24 yaşı olub.

Ümumilikdə, terror aktı nəticəsində ölənlərin sayı 25-ə çatıb, onlardan beşinin şəxsiyyəti hələ müəyyən edilməyib.

Dağıstanın rəhbəri Sergey Melikov bildirib ki, ölən polis əməkdaşlarına və keşişə “İgidliyə görə” ordeni təqdim olunacaq.

Azpost.info

Əvvəlki məqalə

Ermənistan ordusunun əsgəri ölüb

Sonrakı məqalə

Sabah hava necə olacaq?