“Dağlıq Qarabağın azərbaycanlı əhalisi erməni əhali ilə birgə yaşamağa hazırdır” –HİKMƏT HACIYEV

“Azərbaycan Prezidenti artıq bir neçə dəfə bəyan edib ki, bizim Ermənistanın mülki əhalisi ilə, dinc əhalisi ilə heç bir problemimiz yoxdur. Dağlıq Qarabağın azərbaycanlı icması, azərbaycanlı əhalisi erməni əsilli əhali ilə birgə yaşamağa hazırdır”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib. Hacıyev bildirib ki, Azərbaycan sülh yolu ilə addımlar atmağa hazır olub: “Çox təəssüf ki, Ermənistan tərəfi Azərbaycan icmasının mövcudluğunu belə inkar edirdi. Biz bir daha Ermənistan tərəfini çağırırıq ki, erməni və Azərbaycan icmalarının dialoqu istiqamətində addım atsınlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Təbrizdə azərbaycanlılar küçələrə çıxıb –

Sonrakı məqalə

“Ermənistanın sülh müqaviləsi formulu absurddur” –