“Dağlıq Qarabağın erməni xalqı” terminologiyası azərbaycanlıların hüquqlarına hörmətsizlikdir- XİN

“Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə bağlı “Dağlıq Qarabağın erməni xalqı”nın hüquq və təhlükəsizliklərinin sülh müqaviləsində öz əksini tapmasına istinad edilməsi, özündə Ermənistanın məqsədyönlü şəkildə ərazilərimizdə separatizmi təşviq məqsədilə istifadə etdiyi terminologiyanı ehtiva etməklə ərazi bütövlüyümüz və suverenliyimizə ziddir”.

Bu barədə XİN mətbuat katibi Ayxan Hacızadə “14 sentyabr tarixində ABŞ Senatının Xarici əlaqələr komitəsində keçirilən dinləmələrdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kim tərəfindən Ermənistan və Azərbaycan arasında hələ də müharibənin bitmədiyi, Laçın yolunun “blokada”da olması, “Dağlıq Qarabağın erməni xalqı”na qarşı hərbi hücumun qəbuledilməzliyi və onların hüquq və təhlükəsizliyinin sülh sazişində öz əksini tapmasının vacibliyi barədə bir sıra fikirlər səsləndirib” sualına cavabda deyib.

“Eyni zamanda, bu istinad Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində həmin bölgədən didərgin düşən Azərbaycanlıların da hüquqlarına hörmətsizlikdir. Hal-hazırda Qarabağ bölgəsində yaşayan erməni sakinlərin heç də həmin bölgənin əhalisinin bütün seqmentlərini təmsil etmədiyini qarşı tərəfə xatırlatmaq istərdik”, – XİN sözçüsü əlavə edib.

Əvvəlki məqalə

“Ermənistan və Azərbaycanla dialoqu davam etdirməyə hazırıq”

Sonrakı məqalə

ABŞ daha bir böyük Rusiya bankını qlobal valyuta sistemindən kənarlaşdırdı