Daha 15 erməni hərbçinin meyitinin qalıqları Ermənistana təhvil verilib

19 Mart 2021 - 19:39

Qarabağda müharibədə ölən 15 erməni hərbçinin meyitinin qalıqları Ermənistana təhvil verilib.

“Sputnik Armenia”nın verdiyi xəbərə görə, erməni hərbçilərin meyitlərinin qalıqları Füzuli rayonu ərazisində tapılıb. 

Qeyd olunub ki, 2020-ci il noyabrın 13-dən bəri Ermənistan tərəfi ümumilikdə 1 518 hərbçinin meyitinin qalıqlarını hərbi əməliyyatlar aparılan ərazilərdən toplayıb.

Xatırladaq ki, bundan əvvəl də Azərbaycan Ermənistan tərəfinə erməni hərbçilərinin meyitlərinin qalıqlarını təhvil verib.