Daha 234 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib- Operativ Qərargah

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 234 yeni yoluxma faktı qeydə alınıb, 337 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 819 124 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 807 433 nəfər müalicə olunaraq sağalıb, 9881 nəfər vəfat edib, aktiv xəstə sayı 1810 nəfərdir.

Ölkədə son sutka ərzində 2929, hazırkı dövrədək isə 7 209 734 test aparılıb.

Əvvəlki məqalə

“Ermənistan sülh gündəliyinin irəliləməsini dayandırmaq üçün atəşkəsi ardıcıl pozub”

Sonrakı məqalə

Putin taxıl sazişinin icrasına verdiyi töhfəyə görə Ərdoğana təşəkkür edib