Daha 30 müəssisəmizə Rusiyaya pomidor ixrac etməyə icazə verilib

Rusiya Azərbaycanın daha 30 müəssisəsindən ölkəyə pomidor idxalına icazə verib.

Bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

Bildirilib ki, 14 may tarixindən Azərbaycanın 30 müəssisəsindən ölkəyə pomidor idxalına icazə verilib.

Qurum məlum qərarın birgə videoyoxlama zamanı seçilmiş məhsul nümunələrinin karantin fitosanitar müayinəsinin nəticələrinə əsasən, habelə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti altında verildiyini açıqlayıb.

Qeyd edək ki, “Rosselxoznadzor” ötən ilin dekabrın 10-dan etibarən Azərbaycandan pomidor və alma idxalının müvəqqəti məhdudlaşdırılması haqqında qərar verib. 2021-ci ildən isə qurum müntəzəm olaraq Azərbaycanın bir sıra müəssisələrindən pomidor və alma idxalını bərpa edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gün ölkədə 21 mindən çox vətəndaş peyvənd olunub

Sonrakı məqalə

XİN Ermənistanla sərhəddə vəziyyətlə bağlı açıqlama yaydı