Daha 39 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 39 yeni yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 829 115 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 715 nəfər müalicə olunaraq sağalıb, 10 151 nəfər vəfat edib, aktiv xəstə sayı 249 nəfərdir.

Ölkədə son sutka ərzində 820, hazırkı dövrədək isə 7 545 906 test aparılıb.

Əvvəlki məqalə

Cenifer Lopes adi həyatda necə görünür? –

Sonrakı məqalə

Azərbaycanda 9 günlük Novruz tətili başlayır