Daha 68 nəfər COVID-19-a yoluxub, ölən olmayıb- Operativ Qərargah

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 822 346 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 811 950 nəfər müalicə olunaraq sağalıb, 9 931 nəfər vəfat edib, aktiv xəstə sayı 465 nəfərdir.

Ölkədə son sutka ərzində 2 518, hazırkı dövrədək isə 7 280 330 test aparılıb.

Əvvəlki məqalə

“ABŞ-da Azərbaycan səfirliyinin avtomobilinə atəş açanların məsuliyyətə cəlb ediləcəyini gözləyirik”

Sonrakı məqalə

“Türkiyə-Azərbaycan-Qazaxıstan formatından nəticə əldə etmək istəyirik”