Daha 76 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib- Operativ Qərargah

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 76 yeni yoluxma faktı qeydə alınıb, 80 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 817 938 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 805 709 nəfər müalicə olunaraq sağalıb, 9 857 nəfər vəfat edib, aktiv xəstə sayı 2 372 nəfərdir.

Ölkədə son sutka ərzində 1 916, hazırkı dövrədək isə 7 195 841 test aparılıb.

Əvvəlki məqalə

Əmək Məcəlləsinə dəyişiklik edilir

Sonrakı məqalə

BVF ərzaq qiymətlərinin artması ilə əlaqədar yardım proqramı hazırlayır