Amerikalı sahibkar İlon Mask Ukraynada hərbi xidmətə çağırış yaşının aşağı salınması təklifini tənqid edib.
Azpost.info xəbər verir ki, amerikalı milyarder “X”-də Vaşinqtonun Kiyevə məlum çağırışını şərh edib.
“Daha nə qədər adam ölməlidir?”, – Mask bildirib.
Birləşmiş Ştatlar ukraynalılar üçün səfərbərlik yaşının 18 ilə endirilməsini tələb edir. “Reuters”ə danışan ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi bildirib ki, Ukrayna öz əsgərlərinin çağırış yaşını 18 yaşa endirməyi düşünməlidir. ABŞ rəsmisi hesab edir ki, Ukrayna münaqişə üçün kifayət qədər yeni əsgərləri səfərbər etmir və ya öyrətmir.
Azpost.info