Dairəsi ləğv edilmiş Çingiz Qənizadə:

Qoyun görək nə olur"
13 Fevral 2020 - 19:55
Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 80 saylı İmişli-Beyləqan seçki dairəsində səsvermənin nəticələri ləğv olunub.

Azxəbər.com-un əməkdaşı nəticələrin ləğvi ilə bağlı Çingiz Qənizadə ilə əlaqə saxlayıb. Telefona cavab verən keçmiş deputat bunları deyib: “İndi açıqlama vermək vaxtıdır? Bir imkan verin görək prosesdə nə gedir. Qoyun görək nə olur”.