“Danışsam hamı biləcək ki, xəyanətkar kimdir” –"Baku Steel Company"nin sabiq rəhbəri ittihamları rədd edib

“Məni satqınlıqda ittiham edirlər. Amma mən heç vaxt prezidentə xəyanət eləməmişəm. Ancaq mən danışsam hamı biləcək ki, xəyanətkar kimdir”.

Azpost.info haqqın.az-a istinadən bildirir ki, bu sözləri “Baku Steel Company”nin sabiq rəhbəri Rasim Məmmədov məhkəmsində bildirib.

Məhkəmədə çıxışı zamanı biznesmen mənimsəmə ilə bağlı bütün ittihamları rədd edib. O deyib ki, dövlətə bir çox məmurlardan daha çox xeyir verib: “Mən sahibkaram, pulu özüm qazanmışam. Başqaları gəlib və mənimlə şərik olublar. Mən 2011-ci ildə bu işə başlayanda biz bu layihəni 3 nəfər müzakirə etmişik. Hər şey də yaxşı gedirdi, hamı qazanırdı. Bütün bunları dağıtmaq və belə farsı qurmaq kimə lazım idi?”-deyə Rasim Məmmədov deyib.

Biznesmen bildirib ki, 3 nəfər arasında olan danışıqların detallarını açmaq istəmir. Amma yaranmış vəziyyət ona ayrı seçim də qoymur. “Mən təkadamlıq kamerada sakit yaşayıram. Amma qoy azadlıqda qalan şəxslər bu barədə narahat olsunlar. Mən kitab yazıram. Bu kitabda son 11 ildə pul köçürmələri və danışıqların bütün detallarını açacağam”-deyə biznesmen vurğulayıb.

Əvvəlki məqalə

Azərbaycan “ADEX” sərgisində yeni PUA-ları nümayiş etdirir – FOTO

Sonrakı məqalə

Mətbuat Şurasının növbəti qurultayının vaxtı məlum oldu –