Daşkəsəndə dağ uçqunu olub- FOTO

Daşkəsəndə dağ uçqunu baş verib.

Hadisə Gəncə-Daşkəsən yolunun 17-ci km-də, rayonun Bayan kəndi yaxınlığında qeydə alınıb.

Güclü yağışdan sonra dağ uçqunu zamanı yolun hərəkət hissəsinə qayalar və torpaq axıb. Nəticədə, magistral yol qismən bağlanıb.

Dərhal əraziyə Yol İstismar İdarəsinin əməkdaşları cəlb olunub. Qısa zamanda yol açılıb.

Qeyd edək ki, dağ uçqunu iki dəfə baş verib(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.