Daşkəsəndəki Qızıl Mədənində işçiləri daşıyan mikroavtobus aşıb.
Azpost.info gununsesi.info-ya istinadən bildirir ki, qəza nəticəsində mikroavtobusda olan 15 nəfərə yaxın şəxs ağır bədən xəsarətləri alıb.
Onlar hal-hazırda Gəncədə yerləşən xəstəxanaya çatdırılıb.
Daşkəsəndə baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.
Xəsarət alanların adları aşağıdakı kimidir:
1967-ci il təvəllüdlü F. Allahverdiyev,
1993-cü il təvəllüdlü S. Məmmədov,
1989-cu il təvəllüdlü S. Kazımov,
1983-cü il təvəllüldü N. Qurbanov,
1985-ci il təvəllüdlü R. Verdiyev,
1985-cu il təvəllüldü A. Məmmədov,
1974-cü il təvəllüdlü V. Əliyev,
1991-ci il təvəllüdlü E. Vəliyev,
1987-ci il təvvəllüdlü R. Əhmədov,
1980-ci il təvəllüdlü K. Nipalıyeva,
1992-ci il təvəllüdlü E. Səddərzadə,
1970-ci il təvəllüdlü A. Səfərov
2011-ci il təvəllüdlü X. İsmayılova,
1966-cı il təvəllüdlü T. Pirqurban.
Qeyd edək ki, “Mercedes Spirnter”də olanlar qızıl mədənin işçiləri olub. Minik maşını isə Daşkəsən rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsi Səbuhi Abdullayevə məxsusdur.
DİN-in Gəncə regional qrupundan bildirilib ki, Daşkəsən rayon Bayan kəndi ərazisində “Sprinter” markalı mikroavtobus və “Toyota” markalı avtomobil toqquşub.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.