Daxili işlər naziri Vilayət Eyvazov Birləşmiş Ərəb Əmirliklərinə gedib

İyunun 11-də Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində nazir Vilayət Eyvazov Əbu-Dabi şəhərində Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini və daxili işlər naziri general-leytenant Şeyx Seyf bin Zayed Əl Nəhyanla görüşü olub.

Görüşdə ölkələrin daxili işlər nazirlikləri arasında ikitərəfli əlaqələr, hər iki xalqın maraqlarına uyğun olaraq təhlükəsizlik məsələləri müzakirə edilib.

Əvvəlki məqalə

“Turan Tovuz”un yeni baş məşqçisinin adı məlum olub

Sonrakı məqalə

Göygöldə arvadını boğub öldürən ər saxlanılıb –