Daxili İşlər Nazirliyi vətəndaşlara təşəkkür edib- MƏTN

Daxili İşlər Nazirliyi vətəndaşlara təşəkkür edib.

Nazirlikdən verilən xəbərə görə, təşəkkürdə bildirilir:

“Əziz vətəndaşlar!

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar ötən həftənin şənbə və bazar günlərində sizlərə yaşayış yerini və olduğu yeri tərk etmək qadağan edilmişdir. Sizin sağlamlığınız naminə atılan bu addımları anlayışla qarşıladığınıza görə, xüsusi karantin rejiminin tələblərinə riayət etdiyinizə görə sizə daxili işlər orqanlarının bütün şəxsi heyəti adından təşəkkürümüzü bildiririk!

Siz səbr və təmkinlə iki gün evdə qalmaqla həm özünüzün, həm də yaxınlarınızın sağlamlığını qorumuş oldunuz. İnanırıq ki, gələcəkdə də belə qərar verilərsə, siz yenə də eyni səbr və təmkin nümayiş etdirərəcəksiniz. Bir daha təşəkkür edirik!”(apa).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Oğuzda 17 yaşlı qız intihar edib

Sonrakı məqalə

Bakının Yusif Səfərov küçəsində yeni yol qovşağı yaradılır