“Delimitasiya olunacaq növbəti ərazi müzakirə edilməyib” –Mqer Qriqoryan

Ermənistan və Azərbaycan növbəti mərhələ üçün dövlət sərhədinin delimitasiyasının hansı hissədə aparılacağını hələ müzakirə etməyib.

Azpost.info bildirir ki, bu barədə Baş nazirinin müavini Mqer Qriqoryan parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının oktyabrın 21-də müvafiq məsələnin müzakirəsi zamanı bildirib.

Bu barədə sualı ona “Ermənistan” müxalifət blokundan olan deputat Levon Koçaryan verib.

Koçaryan sərhədin delimitasiyanın aparılacağı hissələrinin hansı prinsiplə müəyyən olunduğunu və növbəti hissənin necə olacağını soruşub: “Növbəti sahə ilə bağlı heç bir müzakirə olmayıb. Shənin hansı prinsiplərə əsasən seçiləcəyi hələ müəyyən edilməyib. Bir direktiv var: məsələ konsensus çərçivəsində həll olunmalıdır”- Qriqoryan vurğulayıb.

Baş nazirin müavini sərhədlərin müəyyənləşdirilməsi məsələsinin həlli üçün hüquqi istiqamətə keçməyi düzgün hesab edir: “Nəticədə saziş imzalanacaq. Onun çərçivəsində sərhədin bütün hissələrini təsvir edən protokol olacaq. Biz sərhədin artıq başa çatdırılmış hissələrinə bir daha qayıtmamağa razılaşdıq. Çünki iş çox mürəkkəbdir və xaos yarana bilər”, – deyə hökumət nümayəndəsi yekunlaşdırıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.