Jerar Depardye Fransanın ən yüksək mükafatından məhrum edilə bilər

Fransız aktyor Jerar Depardye Fransanın ən yüksək mükafatı – “Fəxri Legion” ordenindən məhrum edilə bilər.

Azpost.info xəbər verir ki, bunu Fransanın mədəniyyət naziri Rima Əbdül Məlak deyib.

Onun sözlərinə görə, məsələyə növbəti intizam iclasında baxılacaq.

“Mən “Fəxri Legionun” kansleri, general Fransua Lekointr ilə danışdım. Nazir bildirib ki, “Fəxri Legion” Şurası toplanacaq və sərəncamın geri götürülüb-götürülməməsi barədə qərar qəbul etmək üçün intizam proseduruna başlanılacaq”, – nazir bildirib.

Daha əvvəl bir neçə qadın aktyoru cinsi zorakılıqda ittiham edib.

Azpost.info

Əvvəlki məqalə

İndiyədək 7000-ə yaxın mənzil güzəştli qaydada satılıb

Sonrakı məqalə

Küveyt Əmiri 86 yaşında vəfat edib