Depressiya diqqəti azaldır, qərar qəbul etməyə mane olur

Almaniyalı alimlər ağır depressiya ilə düşünmə qabiliyyətinin zəifləməsi və beyində informasiyanın emal sürəti arasında əlaqə olduğunu sübut ediblər.

Araşdırma “Psychological Medicine” elmi jurnalında dərc olunub.

Mütəxəssislər 1484 nəfərin beyin proseslərini tədqiq ediblər. Nəticəyə görə, ağır depressiyada olan iştirakçıların beyin daxilində emal sürəti depressiyada olmayan insanlarla müqayisədə daha zəif gedir. Qənaətə gəlinib ki, depressiya diqqəti azaldır və qərar qəbul etməyə mane olur.

Alimlərin fikrincə, test nəticələri depressiya ilə əlaqəli koqnitiv pozğunluqların sinir əsaslarını ortaya qoyur. (Azərtac)

Əvvəlki məqalə

Korrupsiyada ittiham olunan Menendez ABŞ Senatındakı vəzifəsindən istefa verib

Sonrakı məqalə

COVID pandemiyası zamanı gənclərdə şəkər xəstəliyi artıb