Deputatlığa ən çox və ən az namizədin qeydə alındığı dairələr…- MSK açıqladı

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqdədar deputatlığa ən çox və ən az namizədin qeydə alındığı dairələr məlum olub.

APA-nın Mərkəzi Seçki Komissiyasının saytına istinadən məlumatına görə, ən çox namizəd 16 saylı Yasamal İkinci Seçki Dairəsində qeydə alınıb. 

Belə ki, bu dairədən deputatlığa namizədliyi qeydə alınan 25 nəfər var. Deputatlığa ən az namizəd isə 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək-Kəngərli-Naxçıvan və 4 saylı Naxçıvan seçki dairələrindədir.

Bu dairələrin hər birində 3 deputatlığa namizəd qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dəniz Baykal xəstəxanaya yerləşdirilib

Sonrakı məqalə

Nərminin qətlində təqsirləndirilən şəxsə işgəncə verilib?