Deputatlığa namizədlər MSK-nın qarşısında etiraz aksiyası keçirir –

FOTO
11 Fevral 2020 - 19:06

10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputatlığa namizəd Rəbiyə Məmmədova fevralın 11-də MSK-nın binası qarşısında oturaq aksiya keçirir.

O, üzünü binaya tutub  “ Saxtakarlığa son!” şüarlarını səsləndirib.

O, jurnalistlərə bildirib ki, deputatlığa namziədlər seçkilərin yekunları ilə razı deyilsə,  üç gün şikayət etmək və etiraz aksiyası keçirmək hüququ var.

R.Məmmədova deyib ki, MSK onun dairəsində nəticələri   ləğv etməyincə etiraz edəcək. “Bu dairədə nəticələrin 30 ildir parlamentdə oturan bir adamın lehinə saxtalaşdırıldığına dair kifayət qədər sübutum var”, – o deyib.

Bir qədər sonra Müsavat Partiyasından deputatlığa namizəd Elman Quliyev də R.Məmmədovaya qoşulub. Daha sonra 29 saylı dairədən namizəd olan Bəxtiyar Hacıyev ora gəlib.

Hazırda oturaq aksiya ərazisinə polis dəstələri gəlib, onlar etirazçıları uzaqlaşdırmağa çalışıblar, lakin sonra kənara çəkiliblər. MSK nümayəndəsi etirazçıların qarşısına çıxmayıb.(Turan)