Devid Bekhem kraliça ilə vidalaşmaq üçün 13 saat növbədə gözləyib –VİDEO

İngiltərənin ən məşhur futbolçularından biri Devid Bekhem Londonda Kraliça II Yelizaveta ilə vidalaşmaq üçün 13 saat növbə gözləyib.

Azpost.info bildirir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi dəfn günü ölkə sakinləri ilə birlikdə növbəyə dayanıb. O, təqribən saat 02:15-də növbəyə durub və  15:25-də Böyük Britaniyanın mərhum kraliçasının tabutuna yaxınlaşıb. Vaxtı gözləyərkən o, çips, konfet və sendviçlərlə qəlyanaltı yeməli oldu.

Bekhem II Yelizaveta ilə görüşməkdən qürur duyduğunu qeyd edib. Futbolçu  2003-cü ildə kraliçanın ona futbola xidmətlərinə görə Britaniya İmperiyasının ordenini təqdim etdiyini xatırladıb. Onun sözlərinə görə, bu, “xüsusi an” idi.

Futbolçu onu da əlavə edib ki, o, kral tərəfdarları ailəsində böyüyüb və onun nənə və babası indi sağ olsaydılar, növbəyə də duracaqdılar.

Britaniyalıların II Yelizaveta ilə vidalaşmaq üçün durduğu növbənin sərgəsi kilometrlərlə uzanır.

Əvvəlki məqalə

Marsda həyat əlamətinin izləri tapıldı –

Sonrakı məqalə

Ukrayna ordusu Rusiyanın hərbi bazasını məhv edib