“Deyirdi ki, yubileyimdə rəhmətə getsəm, yaxşı xəbər başlığı alınar…” –Oğlu mərhum Araz Zeynalovdan yazdı

Dünyasını dəyişmiş tanınmış jurnalist Araz Zeynalovun oğlu, ABŞ-da yaşayan HOST qrupunun sabiq üzvü, reper Orxan Zeynallı atası haqqında paylaşım edib.

O, instaqram hesabında yazıb:

“Prospektin yazılmamış bir nömrəli qanunu – “Kişi kimi yaşayıb, kişi kimi ölmək”dir. Mən özüm belə pafoslu məhəllə əfsanələrindən uzaq olsam da, köhnə məktəb nümayəndələrinin haqqını yemək olmaz. İntellektual, geyimi keçimi yerində, hazırcavablıq, yumor hissi, status, xeyirxahlıq və cəmiyyətdə hörmət. Bu sadalanan dəyər və prinsiplərə son gününə qədər əməl etmək.

Dünən (avqustun 3-də-red.) atam dünyasını öz sevimli prospektində dəyişdi. Son aylar yataqdan qalxmasa belə, bahalı ətirindən mütləq istifadə edirdi, zarafatlarından qalmırdı. Deyirdi ki, yubileyimdə rəhmətə getsəm, yaxşı xəbər başlıqları alınar…

Yubiley məsələsi olmasa da, başlıqlar və postlar bol olacaq. Adına layiq. Onun üçün çox vacib idi. Allah rəhmət eləsin, ata”.

Əvvəlki məqalə

Valyuta məzənnələri

Sonrakı məqalə

Ordumuzun əsgəri Tovuzda qeyri-döyüş şəraitində həlak olub