“Deyirlər Məzahir Pənahovun yanında Stalin toya getməlidir” –

MSK sədri
24 Fevral 2020 - 19:56

“Bəziləri deyir ki, Mərkəzi Seçki Komissiyasında gestapo rejimidir, Məzahir Pənahovun yanında Stalin toya getməlidir”.

Bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyilənlərin həqiqəti əks etdirmədiyini söyləyib. O əlavə edib ki, komissiyanın iclasları açıq keçirilir: “MSK üzvləri hər kəslə, bütün namizədlərlə ünsiyyət qururlar”. (APA)