“Biz həm Moskva, həm də Kiyevlə dialoq aparırıq”- Türkiyə lideri

Qərb ölkələrinin Rusiyaya qarşı son dərəcə mənfi münasibəti Ukraynadakı vəziyyəti daha da gərginləşdirdi.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bəzi Qərb müttəfiqlərinin Rusiyaya münasibəti yanan ocağa yağ tökdü. Bu, Ukraynaya xeyirdən çox zərər gətirdi. Digər NATO ölkələrindən fərqli olaraq Türkiyə münaqişənin hər iki tərəfi ilə dialoq aparır, sülhü yaxınlaşdırmağa çalışır”, -Türkiyə lideri əlavə edib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.