DİN 1 saylı Psixiatriya xəstəxanasında döyüldüyü deyilən şəxslə bağlı görüntülərə münasibət bildirib

Daxili İşlər Nazirliyi 1 saylı Maştağa Psixiatriya xəstəxanasında döyüldüyü iddia edilən şəxslə bağlı görüntülərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, həmin şəxsin müalicə olunduğu xüsusi təyinatlı tibb müəssisəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

Məsələ ilə bağlı təhqiqat araşdırmaları aparılır.

Əvvəlki məqalə

Özbəkistan hərbçiləri Azərbaycanda PUA kursunda iştirak edirlər

Sonrakı məqalə

Ukraynanın Sumı vilayətində 180 yaşayış məntəqəsinin sakinləri təxliyə edilir