DİN ABŞ-ın sanksiya qoyduğu polkovniklə bağlı ittihamı rədd edib –"O, millətini sevən insandır"

Daxili İşlər Nazirliyi polis polkovniki Kərim Əlimərdanovun insan haqlarını pozması, işgəncələrdə iştirakı iddialarını təkzib edib.

“Adını çəkdiyiniz əməkdaş olduqca vətənpərvər, millətini sevən insandır. İşinin peşəkarıdır. Vətəndaşlarımızın təhlükəsizliyinin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz sözünü demiş əməkdaşdır”, – Daxili İşlər Nazirliyinin Mətbuat Xitmətinin rəisi Ehsan Zahidov polkovnik Əlimərdanovun adının ABŞ Dövlət Departamenti tərəfindən sanksiyalar siyahısına salınması haqda AzadlıqRadiosu-nun sorğusuna belə cavab verib.

Əlimərdanovun adı bir sıra ictimai-siyasi fəalların həbsində, işgəncələrdə hallansa da, o, yalnız bir məhkəmə işində, fəal Elgiz Qəhrəmanın məhkəməsində dindirilib. O, həmin prosesdə gənc fəalın onun kabinetində işgəncəyə məruz qalması, cibinə narkotik atılması haqda iddialarını təkzib edib.

K.Əlimərdnov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin rəisi olub.

Əvvəlki məqalə

“Qafqazda istənilən geosiyasi dəyişikliyin əleyhinəyik” –

Sonrakı məqalə

Bu il 52 min evlənmə, 13 min boşanma olub –