DİN azyaşlılar arasında zorakılığı əks etdirən görüntüləri araşdırıb

Sosial şəbəkələrdə azyaşlılar arasında zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma aparılıb.

Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat verib.

Polis əməkdaşları tərəfindən Xətai rayonu S.Əhmədov küçəsində baş vermiş hadisə üzrə əməli törədən azyaşlılar müəyyən olunublar. Zorakılığa məruz qalan uşaqla bağlı ekspertiza təyin edilib.

Ekspertiza rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir. Hazırda təhqiqat araşdırmaları davam etdirilir.

Əvvəlki məqalə

Bir sıra rayonlarda leysan yağışları yağır

Sonrakı məqalə

Pərviz Həşimli Almaniya səfirliyinin birinci katibi ilə görüşüb