Metroda iki qadının dava etməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülər Bakıda çəkilməyib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
Qeyd edib ki, “Bakı Metropoliteni”ndə Polis Şöbəsində aparılmış araşdırmalar nəticəsində görüntülərin başqa ölkədə çəkildiyi məlum olub.
Xatırladaq ki, videonu sosial şəbəkələrdə paylaşanlar davanın “Bakı Metropoliteni” QSC-nin “Azadlıq prospekti” stansiyasında qeydə alındığını bildirir.