DİN Samuxda baş verən insidentlə bağlı məlumat yayıb

DİN Samuxda baş verən insident barədə məlumat yayıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Samux Rayon Polis Şöbəsinə rayonun Çobanabdallı kənd sakini 2001-ci il təvəllüdlü Ayxan Nəbiyev və anası A. Nəbiyevanın daxilə keçən kəsilmiş-deşilmiş, 1960-cı il təvəllüdlü Xaliq Həsənovun isə ayaq nahiyəsindən kəsici alətlə xəsarət almaları barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1982-ci təvəllüdlü Fədail Quliyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.