DİN “Son zəng”lə bağlı müraciət edib

Daxili İşlər Nazirliyi “Son zəng” tədbirləri ilə bağlı valideynlərə müraciət edib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətdə bildirilib ki, respublikamızda “Son zəng” tədbirlərinin təhlükəsiz şəraitdə keçirilməsi üçün polis əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görüləcək.

Qeyd olunub ki, tədbirlərin keçirildiyi təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə naryad qruplarının sayı artırılmaqla, iştirakçıların təhlükəsizliyi, məzunların avtomobillərlə hərəkəti ilə bağlı ictimai qaydaya nəzarətin gücləndirilməsi nəzərdə tutulub:

“Bütün məzunları əlamətdar gün münasibətilə təbrik edir, onları ictimai davranış qaydalarına ciddi əməl etməyə çağırırıq. Valideynlərdən xahiş edirik ki, sürücülük hüququ olmayan övladlarına avtomobil verməsinlər.

Avtomobil yollarında hərəkətin təhlükəsizliyi DYP əməkdaşları tərəfindən mühafizə olunacaq, süni sıxlığın yaranmaması üçün dayanma-durma və parklanma tələblərinə əməl etməyən şəxslər barəsində tədbirlər görüləcək”.

Əvvəlki məqalə

“Maksimumu tələb etmək xətti tutmaqla məğlubiyyətimizi möhürlədik”

Sonrakı məqalə

Ermənistan Belarusdakı səfirini geri çağırıb