DİN təxribat xarakterli aksiyaya qoşulmayan vətəndaşlara təşəkkür edib

Bir neçə sosial şəbəkə istifadəçisi polisin peşə bayramı günü – iyulun 2-də paytaxtın mərkəzi hissəsində təxribat xarakterli aksiya təyin etmələrinə baxmayaraq vətəndaşlarımız və media nümayəndələri tərəfindən onların bu çağırışı dəstəklənməyib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən xəbər verilib.

“Odur ki bu gün öz peşə bayramını qeyd edən bütün polis əməkdaşları adından təyin olunan aksiya yerinə gəlməyib anlayış nümayiş etdirən vətəndaşlarımıza və media nümayəndələrinə təşəkkürümüzü bildiririk”, – deyə qeyd edilib.

Qeyd edək ki, bir qrup müxalif fəal Gədəbəyin Söyüdlü kəndində aksiyaya dəstək məqsədilə bu gün saat 15.00-da Fəvvarələr meydanında aksiya keçirilməsi üçün çağırış etmişdi.

Əvvəlki məqalə

Sumqayıtda qəzada 8 nəfər xəsarət alıb, 1-nin durumu ağırdır

Sonrakı məqalə

Azərbaycanda son sutkada 1 nəfər COVID-19-a yoluxub