Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb Sərəncama əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib: polis polkovniki Əlaslan Qaçay oğlu Ağayevə polis polkovniki İslam Möhsüm oğlu Hümbətova polis polkovniki Əkbər Məcid oğlu İsmayılova polis polkovniki Əbülfət Əhəd oğlu Rzayevə.