“Dini radikalizm ifadəsi doğru deyil” –QMİ sədrinin müavini

“Radikalizmi yaradan səbəblər içində, bəli, dini səbəblər də var. Amma bunu dini radikalizm adı ilə yox, din pərdəsi altında cəmiyyətdə təxribat yaratmaq istəyən bir qrupun şüarı kimi dəyərləndirməliyik”.

Bunu Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı çıxışı zamanı deyib.

O, dini radikalizm ifadəsi ilə razılaşmadığını qeyd edib:

“Dini radikalizm ifadəsi doğru deyil. Biz əgər radikal olsaq, bizim multikultiral cəmiyyətimizdə məhzəblərarası radikallıq da olmalıdır. Varmı? Yoxdur. Yəni mən burada “dini” ifadəsini mən çıxaracağam”.

Qəmər Cavadlı dini radikilzmə yol açan əsas məqamlardan çıxış yollarını diqqətə çatdırıb:

“Birincisi, məktəblərdə dinlə bağlı fənn tədris olunmalıdır. Bu, mütləqdir və bu, dini maarrifləndirmədir. Bununla da, cəmiyyətdə dini düşüncəni yaxşı mənada dəyişmək mümkündür. İkincisi, cəmiyyətdəki sosial ədalətsizlik də radikal meyillərə yol açmaqdadır. Korrupsiya, yerlibazlıq kimi hallar cəmiyyətin beyninə nüfuz edir. Üçüncüsü isə, psixoloji problemlərdir. Özəlliklə gənclərimiz arasında intihar hallarının artması buna nümunədir. Mən xahiş edirəm, Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi bu problemin həlli yolunda QMİ ilə də məsləhətləşsin, müzakirə və təkliflərə açıq olsun”.

Sədr müavini insanlar arasında etiqad hissinin yaranması üçün Allah xofunun olmasının vacibliyini vurğulayıb:

“Ümumiyyətlə, Allah xofu formalaşmayan insanda etiqad hissi ola bilməz. Filan qız məni atdı, vəssalam, gedib intiharı çıxış yolu kimi görür. Niyə? Çünki onun ürəyində və beynində Allah xofu yoxdur, formalaşmayıb. Allah yadına düşmür. Ailəni nə vəziyyətə salacağı yadına düşmür”. (APA)

Əvvəlki məqalə

DGK-nın sədr əvəzi dərmanların qiymətinin baha olmasının səbəblərini

Sonrakı məqalə

Rusiya və Azərbaycan turizm sahəsində birgə yol xəritəsi hazırlayacaq