Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri Bərdə və Tərtər rayonlarına yola düşüb.
Bu barədə o, twitter səhifəsində bildirib.
“Biz beynəlxalq KİV-ə və diplomatik korpusa Ermənistanın heç bir günahı olmayan dinc sakinlərə qarşı qəsdən hərbi cinayətlərini göstərmək üçün Bərdə və Tərtərə gedirik. Onlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər. Şəfqət üçün diplomatik korpusumuza təşəkkür edirik!”, – deyə Hacıyev yazıb.