Diplomatik korpusun nümayəndələri Bərdəyə gedir –Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri Bərdə və Tərtər rayonlarına yola düşüb.

Bu barədə o, twitter səhifəsində bildirib.

“Biz beynəlxalq KİV-ə və diplomatik korpusa Ermənistanın heç bir günahı olmayan dinc sakinlərə qarşı qəsdən hərbi cinayətlərini göstərmək üçün Bərdə və Tərtərə gedirik. Onlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər. Şəfqət üçün diplomatik korpusumuza təşəkkür edirik!”, – deyə Hacıyev yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xankəndində doğum evinin “vurulması” yalanı ifşa olundu –

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi