Diplomatik korpusun nümayəndələri Cəbrayıl rayonundadırlar

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş Cəbrayıl rayonundadırlar.

Onlar burada ermənilər tərəfindən dağıdılmış qəbiristanlığa baş çəkiblər.

Dünyada tanınmış rəssam Reza Deqqəti bildirib ki, o, son 30 ildə Dağlıq Qarabağ münaqişəsinə, erməni işğalına dair şəkillər çəkir: “Qarabağda müharibə yenidən başlayan kimi mən təkrar Azərbaycana gəldim. İndiyədək dünyanın müxtəlif münaqişə bölgələrində olmuşam. Amma buradakı kimi dəhşəti az görmüşəm. İşğal edilmiş ərazilərdə ermənilər tərəfindən insanlığa qarşı cinayət törədilib. Qəbirlər ekskavatorla qazılıb, sümüklər çıxarılıb. Ermənilər o qədər qəddardırlar ki, cəsədlərin çıxarılmasından ləzzət alıb, qızıl dişlər axtarıblar”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Cocuq Mərcanlı Azərbaycan xalqının Qayıdış əzminin rəmzidir” –

Sonrakı məqalə

Sabah Bakıda 16, bölgələrdə isə 18 dərəcə isti olacaq –