Türkiyə və Ermənistan diplomatlar üçün vizanı asanlaşdırmaq barədə razılığa gəlib

Türkiyə və Ermənistan Axurik dəmir yolu sərhəd-keçid məntəqəsinin bərpası imkanlarını nəzərdən keçirəcək.

Azpost.info xəbər verir ki, iclas Marqara-Əlicanda Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubinyanın iştirakı ilə keçirilib.

Tərəflər əvvəllər əldə edilmiş razılaşmaları təsdiqləyiblər.

Bundan başqa, tərəflər diplomatik pasportlara malik olanlar üçün viza prosedurlarının qarşılıqlı şəkildə asanlaşdırılması barədə razılığa gəliblər.

Tərəflər heç bir ilkin şərt olmadan nizamlanma prosesinin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.