“Disney” şirkəti “Avatar” filmini öz yayım platformasından çıxarıb

“Disney” şirkəti Ceyms Kameronun elmi-fantastik filmi “Avatar”ı xüsusi elan etmədən öz videoyayım platformasının kataloqundan çıxarıb.

Bu qərarın səbəbi açıqlanmayıb.

“Disney+” platforması “20th Century Studios” kino şirkətinin film layihələrini müntəzəm olaraq öz kataloqundan çıxarır. Bu filmin nümayişi bütün dünyada dayandırılıb.

“Avatar” filminin təkmilləşdirilmiş yeni formada “Disney+” videoyayım platformasına yenidən qayıdacağı ehtimal olunur. Lakin güman edilir ki, bu məsələ “Avatar-2: Suyun Yolu” filminin premyerasına qədər həll olunmayacaq.

Tamaşaçılar “Avatar” filmini sentyabrın 23-dən etibarən yalnız kinoteatrlarda izləyə biləcəklər. “Avatar-2: Suyun Yolu” ekran əsərinin premyerası isə dekabrda olacaq.

Əvvəlki məqalə

Ukraynanın Xarkov şəhərinə hücum zamanı ölənlərin sayı 17 nəfərə çatıb, onlarla yaralı var

Sonrakı məqalə

Səudiyyə Ərəbistanı Özbəkistana 10 milyard dollar sərmayə qoyacaq