Dolların sabaha olan rəsmi məzənnəsi

29 İyun 2020 - 17:40

Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb.

Mərkəzi Bankdan verilən məlumata görə, 30.06.2020-ci il tarixindən etibarən Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.