Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Donald Trampı ABŞ seçkilərində qələbəsi münasibətilə təbrik edərək, güclü transatlantik gündəm üzərində birgə işləməyi təklif edib.
Azpost.info xəbər verir ki, o, bu barədə “X”də paylaşım edib.
“Donald Trampı ürəkdən təbrik edirəm. Aİ və ABŞ sadəcə müttəfiq deyil. Bizi 800 milyon vətəndaşı birləşdirən xalqlarımız arasında əsl tərəfdaşlıq bağlayır. Ona görə də gəlin, onlara fayda verməyə davam edəcək güclü transatlantik gündəm üzərində birlikdə çalışaq”, – Lyayen deyib.
Azpost.info