Braziliyanın Parana ştatının federal və hərbi polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə əməliyyatı zamanı kənddə içərisində 7 tondan çox marixuana, həmçinin tüfəng və sursat olan bunker aşkarlayıb.
Azpost.info bildirir ki, bu barədə Parana Hərbi Polisinin saytındakı açıqlamada deyilir.
“Donuz fermasının yeraltı bunkerində külli miqdarda marixuanaya oxşar narkotik maddə aşkar edilib. Onların ümumi çəkisi çəkildikdən sonra təxminən 7235 kq təşkil edib. Həmçinin iki 7,62 kalibrli tüfəng və 5,56 kalibrli tüfəng, 257 7,62 kalibrli və 400 5,56 kalibrli patron ələ keçirilib”, – deyə açıqlamada deyilir.
Azpost.info