Dörd keçmiş məhkəmə hakimi vəkil oldu –FOTO

Dörd nəfər keçmiş hakim vəkil kimi fəaliyyət göstərəcək.

4 keçmiş hakim Vəkillər Kollegiyasına üzv qəbul olunub.

Onlar Əmir Bayramov, Kəmalə Əmirxanova, Məhəmməd Bağırov və Nofəl Mustafayevdir.

Bayramov Əmir Novruz oğlu 2010-cu ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib. Əmir Bayramov 2000-2007-ci illərdə Bakı Hərbi Məhkəməsinin hakimi olub. Yaş həddi ilə bağlı təqaüdə çıxıb.

Əmirxanova Kəmala Fərman qızı Nərimanov Rayon Məhkəməsinin hakimi olub. 2022-ci ildə vaxtından əvvəl səlahiyyətlərinə xitam verilib.

Bağırov Məhəmməd Abduləli oğlu Füzuli Rayon Məhkəməsinin hakimi və sədri olub. 2022-ci ildə vaxtından əvvəl səlahiyyətlərinə xitam verilib.

Mustafayev Nofəl Qara oğlu Tovuz Rayon Məhkəməsinin hakimi olub. 2022-ci ildə vaxtından əvvəl səlahiyyətlərinə xitam verilib.

Qeyd edək ki, onlar bu gün vəkil andı içərək fəaliyyətə başlayacaqlar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.