Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 iyun tarixli 255 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda deyilir: "Dövlət Neft Fondu Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada verilsin: “Azərbaycan Respublikasının Baş naziri Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Azərbaycan Respublikasının maliyyə naziri Azərbaycan Respublikasının iqtisadiyyat naziri Azərbaycan Respublikası Mərkəzi Bankının sədri”.