2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 1,4% azalaraq 22 milyard 77 milyon manat təşkil edib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk 9 ayında büdcənin xərcləri isə 13,4% artaraq 23 milyard 214,5 milyon manata yüksəlib.
Nəticədə büdcədə kəsir 1 milyard 137,5 milyon manata yüksəlib.