Dövlət katibinin köməkçisi O’Braynın Bakıda nəyi müzakirə edəcəyi məlum olub

Azərbaycana və Rumıniyaya səfər etməkdən çox şadam.

Bu barədə ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn “X” platformasında bildirib.

O, Azərbaycana səfəri çərçivəsində Cənubi Qafqazda sülhün irəliləməsi ilə bağlı rəsmi şəxslərlə görüşəcəyini vurğulayıb.

Ceyms O’Brayn Rumıniyada isə taxıl ixracı ilə bağlı yüksək vəzifəli şəxslərlə müzakirələr aparacağını qeyd edib.

Qeyd edək ki, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms K. O’Brayn dekabrın 6-8-də Bakı və Rumıniyanın Buxarest və Tulça şəhərlərinə səfər edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.