26 minə mağaza, 22 minə “Land Rover”…- Dövlətə məxsus 46 əmlak özəlləşdirilib (HƏRRAC)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən martın 7-də keçirilmiş hərracda 1 kiçik dövlət müəssisəsi və obyekti, 45 nəqliyyat vasitəsi özəlləşdirilib.

Dövlət Xidmətindən bildirilib ki, hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 347 sifariş qəbul edilib, bunun 49-u elektron qaydada həyata keçirilib. Özəlləşdirilən obyekt Şirvan rayonunda yerləşən 27 saylı mağazadır. Torpaq sahəsi ilə birgə özəlləşdirilən əmlak 26 min manata satılıb.

Budəfəki hərracda nəqliyyat vasitələrinə maraq böyük olub və avtomobillər rəqabətli şəkildə satılıb. Belə ki, ilkin satış qiyməti 7800 manat olan “Land Rover” markalı avtomobilə edilən ən son təklif 22 min manata yüksəlib.

Bundan başqa, ilkin satış qiyməti 5500 manat olan “QAZ 3302-14” markalı nəqliyyat vasitəsi 12 min 55 manata satılıb. Martın 7-si hərracında satılan əmlaklar üzrə dövlət büdcəsinə 323 min 760 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/33ihWp).

Əvvəlki məqalə

“Gürcüstanda baş verənlərin Kremllə heç bir əlaqəsi yoxdur”

Sonrakı məqalə

Məhkəmə İmran Xanın həbsinə qərar verdi