Dövlət Xidməti özəlləşdirmədən büdcəyə 95,5 milyon manat ödəyib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-sentyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə 95,5 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Dövlət Xidmətindən bildirilib ki, özəlləşdirilmədən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə çox olub.

Hesabat dövründə Dövlət Xidməti 43 hərrac keçirib. Hərraclarda 9 səhmdar cəmiyyətinin səhm paketi, 13 kiçik dövlət müəssisəsi, 3 yarımçıq tikili sahəsi, 382 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu ilin ilk 9 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 206 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 44 onlayn qoşulma reallaşıb.

2023-cü ilin yanvar-sentyabr ayları ərzində investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə ümumilikdə 10,4 milyon manata yaxın vəsait qoyuluşu həyata keçirilib, müqavilə öhdəliklərinin icrası başa çatmış müəssisələrdə 221 iş yeri yaradılıb.

Əvvəlki məqalə

Azərbaycanla təhdid dilində danışılması yanlışdır

Sonrakı məqalə

Mətbuat Şurası və MEDİA region KİV-lərinin vəziyyətini müzakirə edib