Dövlət Dəniz və Liman Agentliyinin 180 minlik tenderi ləğv edildi

Dövlət Dəniz və Liman Agentliyi
Dövlət Dəniz və Liman Agentliyi

“Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxsin ultra qısa dalğalı (UQD) radioavadanlığın və digər avadanlıqların alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.

Pravda.az-ın xəbərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarında bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

Tenderin ümumi dəyəri 179 392 AZN olub.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.